Modern.az

Zelenski: Sülh getdikcə yaxınlaşır

Zelenski: Sülh getdikcə yaxınlaşır

13 Yanvar 2023, 13:56

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın müharibədə məğlub olacağını düşünür.

 

Modern.az xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında yazıb.

 

"Rusçuluq bu müharibəni uduzmalıdır - hər yerdə və hər şeydə. Quruda, havada, dənizdə, enerji sektorunda, iqtisadiyyatda, siyasətdə və nəhayət Ukraynaya qarşı təcavüzünə görə beynəlxalq tribunalda. Hər gün tərəfdaşlarımızla birlikdə terrorçular üçün bu aqibəti daha da yaxınlaşdırırıq. Sülh hər gün getdikcə daha yaxın olur", - deyə Ukrayna prezidenti qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?