Modern.az

Ukrayna Soledarın işğal xəbərini TƏKZİB ETDİ - YENİLƏNİB

Ukrayna Soledarın işğal xəbərini TƏKZİB ETDİ - YENİLƏNİB

Aktual

13 Yanvar 2023, 15:48

Ukrayna Prezident Ofisinin müşaviri Oleksiy Arestoviç Soledardakı vəziyyətə aydınlıq gətirib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, o, Ukrayna hərbçilərinin şəhəri tərk edib-etməməsi ilə bağlı qərarı Rusiya yox, Ukraynanın verə biləcəyini deyib.

 

"Ukrayna Silahlı Qüvvələri hələ ki Soledarı tərk etmək fikrində deyil. Bəs baş verən şey nədir? Rusdilli media məkanında Soledarla bağlı müzakirələr gündəmə düşüb. Bəli, Ukraynada da bu, cəmiyyətin müharibə haqqında düzgün düşünməyi öyrənmədiyini göstərən pis əlamətdir”, - deyə Arestoviç qeyd edib.

 

O bildirib ki, Ukrayna Silahlı Qüvvələri böyük regional mərkəz olan Xersonu azad edib, amma Rusiyanın kiçik bir yaşayış məntəqəsini tutduğu məlumatı yayılanda insanlar isterikaya başlayırlar.

 

"Gəlin, Baş Qərargahın təhlilinə qulaq asaq. Onlar çox aydın dedilər: Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Soledardadır, orada döyüşlər gedir, əlbəttə ki, Soledarın bir hissəsi nəzarətdə saxlanılır. Və biz bu vəziyyətdə bundan sonra nə edəcəyimizə qərar veririk”, - ölkə rəsmisi əlavə edib.

 

Arestoviç izah edib ki, vəziyyət Ukrayna tərəfindən idarə olunur və bundan sonra nə edəcəyinə Rusiya deyil, Ukrayna özü qərar verəcək.

 

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Soledarı tərk edərsə, bu, mühasirədən qaçış olmayacaq. Bu, qüvvələrin və vasitələrin bir müdafiə xəttindən digərinə çəkilməsini nəzərdə tutan komandanlığın planlı qərarı olacaq.

 

***

14:36

 

Rusiya ordusu Ukraynanın Soledar şəhərini ələ keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, yanvarın 12-də axşam saatlarında Soledar şəhəri Rusiya qoşunları tərəfindən alınıb.

 

Məlumata görə, Rusiya Aerokosmik Qüvvələri Soledarın ələ keçirilməsi zamanı Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus üç təyyarə və bir helikopteri sıradan çıxarıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər