Rusiya Müdafiə Nazirliyinin nəzarətə götürdüyünü iddia etdiyi Soledar şəhərindən Ukrayna hərbçilərinin görüntüləri yayılıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Stratkom" orqanı rəsmi "Telegram" kanalında video paylaşıb.
Bildirilib ki, yayılan "feyk" xəbərlərə inanmaq olmaz.
Qeyd edək ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksi Arestoviç Rusiyanın Soledarı ələ keçirməsini təkzib etmişdi.