Modern.az

Avropa İttifaqına qanunsuz mühacir AXINI

Avropa İttifaqına qanunsuz mühacir AXINI

Dünya

13 Yanvar 2023, 17:24

2022-ci ildə Avropa İttifaqının sərhədlərini 330 minə yaxın qeyri-leqal mühacir keçib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “ЕС Frontex” sərhəd agentliyinin məlumatında deyilir.

 

“Bu, 2016-cı ildən bəri ən yüksək göstəricidir və öncəki illə müqayisədə 64 faiz çoxdur. 2020-ci ildə pandemiyanın yaratdığı azalmadan sonra ardıcıl olaraq ikinci ildir ki, qanunsuz sərhəd keçidlərinin sayında kəskin artım müşahidə olunur”, - deyə agentlikdən bildirilib.

 

Məlumata görə, qanunsuz keçidlərin təxminən yarısı Qərbi Balkan marşrutu üzrə baş verir. 2022-ci ildə Avropa İttifaqına keçən mühacirlərin 47 faizini suriyalılar, əfqanlar və tunislilər təşkil edib. Eyni zamanda, suriyalıların sayı təxminən iki dəfə artaraq 94 min nəfərə çatıb.

 

2022-ci il fevralın 24-dən dekabr ayının sonuna qədər Avropa İttifaqının Ukrayna və Moldova ilə quru sərhədlərini keçən 13 milyona yaxın ukraynalı ümumi rəqəmlərə daxil edilməyib. “Frontex” agentliyi həmin dövr ərzində 10 milyon Ukraynalı vətəndaşının vətəninə qayıtdığını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?