Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçin paytaxtı Stokholm şəhərində PKK üzvlərinin aksiyası zamanı prezident Rəcəb Tayyib Ərdoğan əleyhinə təxribatlara münasibət bildirib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, nazir bu barədə italiyalı həmkarı Antonio Tayaninin Ankaraya səfəri çərçivəsində keçirilən birgə mətbuat konfransında danışıb.
"İsveçin irqçi və nifrət cinayəti ehtiva edən addımlarla mübarizə etməsi vacibdir. Daha əvvəl də belə şeylər olmuşdu. Bu dəfə isə şəhərin mərkəzində hamının gözü önüdə baş verib. Burada İsveçin məsuliyyəti var. Sadəcə qınamaqla bundan qaça bilməzlər. Biz nə artığını, nə əskiyini istəyirik. Hansı mövzuda razılıq əldə olunubsa, öhdəliklərin yerinə yetirilməsini istəyirik. Terror təşkilatını dəstəkləyən fəaliyyətlər davam edir", - deyə nazir bildirib.
Qeyd edək ki, Ərdoğanın vəkili faktla bağlı prokurorluğa müraciət edib.