Modern.az

Çavuşoğlu Azərbaycan qazının Avropaya nəqlindən DANIŞDI

Çavuşoğlu Azərbaycan qazının Avropaya nəqlindən DANIŞDI

13 Yanvar 2023, 17:56

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan qazının Avropaya nəqlindən danışıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir bu barədə italiyalı həmkarı Antonio Tayaninin Ankaraya səfəri çərçivəsində keçirilən birgə mətbuat konfransında söz açıb.

 

XİN başçısı qeyd edib ki, Türkiyə Azərbaycan qazının Avropanın cənub-şərq regionuna çatdırılması üçün işlər aparır.

 

Türkiyəli nazir, həmçinin Ukraynadakı müharibənin başa çatması və Suriya ilə normallaşma prosesində Ankaranın səy göstərdiyini xüsusi vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?