Modern.az

Soledara heç bir tərəf nəzarət etmir - Ukraynadan AÇIQLAMA 

Soledara heç bir tərəf nəzarət etmir - Ukraynadan AÇIQLAMA 

13 Yanvar 2023, 18:34

Soledarda vəziyyət çox ağırdır, küçə döyüşləri gedir. 

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak "Le Monde" qəzetinə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, nə Rusiya, nə də Ukrayna tərəfi şəhərə nəzarət edir. Yermak Soledardakı vəziyyəti 1916-cı ildə Verdun döyüşü ilə müqayisə edib.

 

“Heç bir tərəf şəhərə nəzarət etmir, küçə döyüşləri gedir. Orada ruslar var, lakin onlar şəhərə nəzarət etmirlər”, - Yermak söyləyib.

 

Onun sözlərinə görə, rus hərbçilərinin cəsədləri cəbhə xəttindən çıxarılmır. 

 

Xatırladaq ki, bu gün səhər saatlarında Rusiya Müdafiə Nazirliyi Soledar şəhərinin tam nəzarətə götürüldüyünü bəyan edib, Ukrayna rəsmiləri isə məlumatı təkzib edib.

 

Akif İsmayılov 

Bu xəbər ilə bağlı
Soledar niyə əhəmiyyətlidir - Döyüş şiddətlənir, Kiyev tanklara ümid edir
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?