Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukraynanın Soledar şəhərinin tutulmasında "Vaqner" özəl hərbi şirkətinin silahlılarının iştirak etdiyini açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, şəhər bloklarına hücum "Vaqner" tərəfindən uğurla həyata keçirilib.
Yanvarın 10-da qrupun təsisçisi Yevgeni Priqojin Soledarın "Vaqner" tərəfindən nəzarətə alındığını elan edib. Lakin yanvarın 11-də Rusiya Müdafiə Nazirliyi hava-desant bölmələrinin şəhərin şimal və cənub hissələrinin blokadaya alınmasında iştirak etdiyini açıqlayıb.
Bu gün Rusiya Müdafiə Nazirliyi bildirib ki, rus hərbçiləri bir gün əvvəl Soledarı tam nəzarətə götürüblər. Priqojinin mətbuat xidməti "Vaqner"in "qələbəsini" oğurlamağa çalışdıqlarını bildirib. Ukrayna tərəfi isə şəhərin Rusiya tərəfindən ələ keçirilmədiyini bəyan edib.
Akif İsmaıylov