Modern.az

Rusiyada üç uşaq ataları da səfərbərliyə çağırılacaq 

Rusiyada üç uşaq ataları da səfərbərliyə çağırılacaq 

13 Yanvar 2023, 22:37

Rusiyada üç uşağı olan atalar üçün möhlət hüququ ləğv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya parlamentinin deputatı Nina Ostanina məlumat verib.

 

Onun sözlərinə görə, çoxuşaqlı atalar da səfərbərliyə cəlb ediləcək. Deputat deyib ki, hazırda Rusiyada qismən səfərbərlik prosesi yekunlaşıb.

 

Xatırladaq ki, Rusiyada üç və daha çox uşağı olan kişilərə möhlət hüququ 2022-ci ilin oktyabr ayında verilib.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?