Ukrayna Rusiyanın cənub və şərqdə işğal etdikləri ərazilərdən yeni hücumuna hazırlaşmalıdır.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov BBC-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası cənub və şərqdə işğal olunmuş ərazilərdən yazda hücum üçün qüvvələr, sursat və silahlar toplamağa cəhd edə bilər.
Nazir vurğulayıb ki, Ukraynaya Qərb silahlarının çatdırılmasını gözləyərkən yenidən qruplaşmaq və silahlanmaq üçün vaxt lazımdır: “Yaz fəsli hücumu bərpa etmək üçün ən yaxşı vaxtdır. Biz başa düşürük ki, onlar və biz də başlamağa hazır olmalıyıq”.