Almaniyanın müdafiə naziri Kristin Lembrext istefa vermək qərarına gəlib.
Modern.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, artıq hökumət daxilində onun varisi haqqında müzakirələr gedir.
Qəzet qeyd edir ki, nazir vəzifə dövründə bir neçə qalmaqallı hadisə ilə gündəmə gəlib. Məsələn, Yeni il ərəfəsində xanım Lambrext "yöndəmsiz" çıxışı ilə hiddətə səbəb olub. O, "Bild"ə verdiyi ilk müsahibəsində Müdafiə Nazirliyində adları bilmədiyini deyib.
Almaniya Müdafiə Nazirliyi nazirin istefası barədə məlumatı təkzib edib.
Akif İsmayılov