Modern.az

Ukrayna Qərbdən ağır silahlar almağa BAŞLAYIB 

Ukrayna Qərbdən ağır silahlar almağa BAŞLAYIB 

14 Yanvar 2023, 00:52

Ukrayna prezident ofisinin rəhbəri Andriy Yermak ölkəsinin Qərb tanklarına və digər silahlara ehtiyacı olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, BFM TV-yə müsahibəsində danışıb.

 

O qeyd edib ki, Kiyev artıq ağır silahlar alır, lakin konkret hansı silahdan danışdığını açıqlamayıb.

 

“Mən sizə bütün təfərrüatları verə bilmərəm, amma sizə deyə bilərəm ki, biz artıq avropalı tərəfdaşlarımızdan belə silahlar almağa başlamışıq. Əminəm ki, bu tədarüklər davam edəcək”, - Yermak deyib.

 

Qeyd edək ki, NATO ölkələri son vaxtlar Qərb istehsalı olan tankların Ukraynaya ötürülməsini müzakirə edirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?