Modern.az

Ermənistanda müxalifətçilərin həbsinə start verildi

Ermənistanda müxalifətçilərin həbsinə start verildi

14 Yanvar 2023, 12:14

Ermənistanın “Daşnaksütyun” partiyasının Verdibasar (Ararat) bölgə komitəsinin üzvü Qarnik Manukyan həbs edilib.

 

Modern.az “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə “Hayastan” fraksiyasının deputatı Tadevos Avetisyan sosial şəbəkədə məlumat yayıb.

 

Avetisyanın sözlərinə görə, Ermənistan məhkəməsinin qərarı ilə Q.Manukyana iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Xatırladaq ki, “Daşnaksütyun” partiyasının üzvlərinin mənzillərində axtarışlar və fəalların həbsləri bir neçə gündür davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?