Modern.az

Almaniya müdafiə nazirinin istefası gözlənilir

Almaniya müdafiə nazirinin istefası gözlənilir

14 Yanvar 2023, 17:32

Almaniya müdafiə naziri Kristina Lambrext yaxın vaxtlarda istefa verə bilər.

 

Modern.az xəbər verir ki, hazırda bu məsələ Almaniya mətbuatında geniş müzakirə edilir. İndi hökumətdə onu hansı namizədin əvəz edəcəyi barədə düşünürlər.

 

Qeyd edək ki, Kristina Lambrextin adı ilə bağlı qalmaqallar çox olub. Bu səbəbdən alman cəmiyyətində onun reytinqi çox aşağıdır.

 

Rəy sorğuları göstərir ki, ölkə vətəndaşlarının 60 faizi onun istefasına şad olar. Nazir Yeni il gecəsində yazdırdığı təbrik videomüraciətində Ukraynada gedən müharibəni xatırladıb, lakin bu müraciət atəşfəşanlıq tədbirləri fonunda yazıldığı üçün Lambrext qışqıra-qışqıra danışmalı olub.

 

Tənqidçilərin fikrincə, çox uğursuz alınmış videomüraciət Bundesverin nüfuzuna xələl gətirir. Nazirin oğlunun hərbi helikopterdə çəkilmiş fotoşəklinin dərc edilməsi də söz-söhbətə səbəb olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?