Modern.az

Rusiyanın atdığı raket Moldovaya düşdü

Rusiyanın atdığı raket Moldovaya düşdü

14 Yanvar 2023, 19:31

Moldovanın şimalında Ukrayna ilə sərhədə raket qalıqları düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Raketin qalıqları Briceni rayonunun Largi kəndi yaxınlığında aşkar edilib. Hadisə yerində fövqəladə hallar xidməti araşdırma aparır.

 

Məlumata görə, artıq üçüncü dəfədir Moldova ərazisinə raket qalıqları düşür.

 

"Əvvəlki hallarda olduğu kimi, müvafiq qurumlar tərəfindən müəyyən edilmiş qaydada bütün zəruri tədbirlər görülür", - Daxili İşlər Nazirliyindən bildirilib.

 

Qeyd edək ki, bu gün Rusiya qoşunları Ukraynaya növbəti dəfə raket zərbələri endirib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?