Türkmənistanda ölkənin ilk yeraltı qaz anbarı tikiləcək.
Modern.az xəbər verir ki, bu barədə Türkmənistan baş nazirinin müavini Şahım Abdrahmanov məlumat verib.
Onun sözlərinə görə, qaz obyektləri kommersiya qaz ehtiyatlarını təmin etmək üçün nəzərdə tutulub.
Abdrahmanov bildirib ki, texniki-iqtisadi əsaslandırmanın hazırlanması, layihələndirilməsi, avadanlıq və qaz obyektlərinin tikintisi üçün onlar beynəlxalq konsaltinq şirkətlərini cəlb etmək niyyətindədirlər.
Qeyd edək ki, təbii qaz ehtiyatlarına görə Türkmənistan Rusiya, İran və Qətərlə birlikdə dünyanın ilk dörd ölkəsindən biridir.
Akif İsmayılov