Braziliyanın keçmiş ədliyyə naziri Anderson Torres həbs edilib.
Modern.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
O, yanvarın 8-də ölkədə hökumət binalarının zəbt edilməsi ilə nəticələnən iğtişaşlara görə tutulub.
Torres şənbə günü səhər saatlarında ABŞ-dan Braziliyaya gəldikdən sonra saxlanılıb. Hazırda onun barəsində araşdırma aparılır.
Akif İsmayılov