Modern.az

Rusiya Ukraynaya 38 raket atıb

Rusiya Ukraynaya 38 raket atıb

15 Yanvar 2023, 00:50

Rusiya Ukrayna şəhərlərinə 38 müxtəlif tipli raket atıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

 

Rusiya Xəzər dənizi regionunda yerləşən səkkiz Tu-95MS strateji bombardmançı təyyarəsindən Kh-101/Kh-555 qanadlı raketlərini və Qara dənizdəki gəmilərdən “Kalibr” raketlərini atıb.

 

Raketlərdən 25-i Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib. Raket zərbələri nəticəsində ölənlər və çoxlu sayda yaralananlar var.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?