Rusiyanın Samara vilayətindəki bazar yanğını zamanı bir nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, yanğının baş verdiyi ərazidən 1 kişi meyiti tapılıb.
Hazırda axtarış-xilasetmə qrupunun işlərini davam etdirdiyi qeyd olunub.
***
09:37
Rusiyanın Samara vilayətində yanğın olub.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Yanğın Samara vilayətinin Kinel şəhərindəki bazarda baş verib.
"Moskva vaxtı ilə saat 02:33-də Kinel şəhərincdə yanğınla bağlı məlumat daxil olub. Gələn bölmələr ərzaq bazarının yandığını müəyyən ediblər. Yanğının sahəsi 1500 kvadratmetrdir", - deyə məlumatda qeyd olunub.
Hadisə zamanı ölən və yaralananlar olmayıb. Yanğının söndürülməsinə 97 nəfər canlı qüvvə və 35 texnika cəlb olunub.