Modern.az

Nasazlıq yaranan gəmi Dardanel boğazında ilişib qaldı

Nasazlıq yaranan gəmi Dardanel boğazında ilişib qaldı

Dünya

15 Yanvar 2023, 11:35

Dardanel boğazından keçən gəmidə texniki nasazlıq yaranıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə İzmirin Aliağa limanı yaxınlığında Çanaqqala körpüsünün altında baş verib.

 

Liberiya bayrağı ilə üzən "Chona" adlı gəminin kapitanı nasazlıqla bağlı Çanaqqala gəmi-trafik xidmətinə məlumat verib.

 

Xidmətinin ayırdığı gəminin köməyi ilə ərazidən uzaqlaşdırılan gəmi sahilə yaxın hissədə lövbər atıb.

 

Hazırda nasazlığın aradan qaldırılması işləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?