Cənubi Afrika Respublikasında təyyarə qəzası olub.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.
Hadisə Yohannesburq şəhərində baş verib. Belə ki, yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.
Məlumata görə, təyyarənin göyərtəsindəki şəxslərdən sağ qalan olmayıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.