Rusiya tərəfi Ukrayna ərazilərinə zərbələr endirdiyini açıqlayıb.
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanvarın 14-də hərbi obyektləri təmin edən elektroenergetika hədəflərinə zərbə endirilib.
"Zərbələr uğurlu olub və məqsədinə çatıb", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.