Modern.az

“Vaqner”in keçmiş komandiri Norveçə qaçdı

“Vaqner”in keçmiş komandiri Norveçə qaçdı

15 Yanvar 2023, 19:46

Rusiyanın “Vaqner” silahlılarının keçmiş komandirlərindən biri ölkədən qaçıb.

 

Modern.az xəbər verir ki, Andrey Medvedev adlı hərbçi Norveçə sığınıb.

 

O, "Glagu" layihəsinin "YouTube" kanalında yayımlanan videosunda "Vaqner"in rəhbəri Yevgeni Priqojinin əleyhinə, eləcə də silahlıların həyata keçirdiyi cinayətlər barədə ifadə verməyə hazır olduğunu bildirib.

 

Medvedev sərhədi qanunsuz keçməli olduğunu, tikanlı məftillərdən keçdiyini və sərhədçilərin ona atəş açdığını deyib.

 

Keçmiş komandir videoda qeyd edib ki, o, həm hüquq-mühafizə orqanları, həm də "Vaqner" tərəfindən axtarışa verildiyi üçün qorxur.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu