Qırğızıstan Türkiyədən daha bir model pilotsuz uçuş aparatları (PUA) alacaq.
Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidmətinin rəhbəri Daiyrbek Orunbekov məlumat verib.
Ölkənin Türkiyədən indiyədək "Bayraktar TB2", "Akıncı" və "Aksunqur" adlı PUA-lar aldığı məlum idi. Orunbekov qeyd edib ki, Qırğızıstan "Bayraktar TB2", "Aksunqur", "Akıncı", "Anka" kimi müasir hərbi texnika alıb.
Qırğızıstanın Türkiyədən nə qədər PUA tədarük etdiyi hələlik məlum deyil.
Xatırladaq ki, Qırğızıstan ordusu hazırda "Bayraktar TB2" PUA-larından aktiv şəkildə istifadə edir.
Akif İsmayılov