Göyərtəsində 100 sərnişin olan təyyarə Sidney hava limanına təcili eniş edib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, mühərrikində yaranan problem səbəbindən təyyarə eniş etmək məcburiyyətində qalıb.
"Qantas" hava yollarına məxsus təyyarə Avstraliya səmasında həyəcan siqnalı verib və pilot Sidney aeroportunun dispetçerləri ilə əlaqəyə keçərək eniş icazəsi istəyib.
İcazə verildikdən sonra təyyarənin hava limanına enişi təhlükəsiz şəkildə həyata keçirilib.
Hazırda detallar aydınlaşdırılır.