Rusiyanın BMT-dəki rəsmi nümayəndəsi Vasili Nebenzya Ukraynanın Dnepr şəhərindəki yaşayış binasına zərbə endirilməsində rəsmi Kiyevi təqsirkar bilib.
Modern.az TASS-a istinadən xəbər verir ki, diplomat bu barədə BMT Təhlükəsizlik Şurasının toplantısında danışıb.
"Rusiyanın Ukraynanın energetika infrastrukturuna atdığı raket Kiyevin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Bu sistemlərin beynəlxalq humanitar hüquqa uyğun quraşdırılmamağına görə vurulmuş raket yaşayış kvartalına düşüb. Gerisini artıq bilirsiniz", - deyə Nebenzya söyləyib.
Qeyd edək ki, Rusiyanın Dneprə raket zərbəsi endirməsi nəticəsində 45 dinc sakin həyatını itirib, 70-dən çox yaralı var.