Belarusda xaricdə yaşayan müxalifət lideri Svetlana Tixanovskayanın məhkəmə prosesi başlayıb.
Modern.az BBC-yə istinadən xəbər verir ki, məhkəmə iclası paytaxt Minskdə keçirilir.
Tixanovskaya və onun 4 silahdaşına qarşı hakimiyyəti zorla ələ keçirməyə cəhd, dövlətə xəyanət də daxil olmaqla, 10-dan çox ittiham irəli sürülüb.
Siyasətçi ölkədə olmadığı üçün onun barəsində qiyabi hökm çıxarılacaq.
Müxalifət lideri bunun prezident Aleksandr Lukaşenkonun sifarişi olduğunu bildirib.
Qeyd edək ki, Belarus prezidentliyinə keçmiş namizəd ölkədə seçki saxtakarlığına etiraz məqsədilə başlayan aksiyaların iğtişaşa çevrilməsindən Litvaya getmişdi.