Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in baş katibi Helqa Şmidtlə görüş keçirib.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, görüş Mirzoyanın Avstriyanın paytaxtı Vyanaya səfəri çərçivəsində baş tutub.
Tərəflər Ermənistan və Azərbaycan, eləcə də Türkiyə arasında münasibətlərin normallaşması prosesi haqqında, həmçinin Laçın dəhlizindəki situasiya ilə bağlı müzakirələr aparıb.
Bildirilib ki, XİN başçısı ATƏT-in regionda sülhə nail olmaq üçün dəstək verməli olduğunu Şmidtin diqqətinə çatdırıb.