Modern.az

Hindistan əhali sayına görə Çini ötür

Hindistan əhali sayına görə Çini ötür

18 Yanvar 2023, 10:30

Hindistan əhalisinin sayına görə dünyanın ən çox əhaliyə malik ölkəsi olan Çini geridə qoyub.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, 2022-ci ilin statistikasına əsasən, Hindistanın əhalisi 1 milyard 417 milyon nəfər təşkil edib.

 

Çinin əhalisi isə bundan 5 milyon az - 1 milyard 412 milyon nəfər olub. Bununla da dünyanın ən çox əhalisi olan ölkə statusu Hindistana keçib.

 

Qeyd edək ki, ötən il Çin əhalisi son illərdə ilk dəfə azalmağa başlayıb. Bu, həyata keçirilən çoxillik demoqrafik siyasətlə bağlıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?