Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqa səfər edib.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, səfər çərçivəsində o, Leninqrad mühasirəsinin yarılmasının 80-ci ildönümü münasibətilə memorial abidəni ziyarət edib.
Bildirilib ki, Putin abidənin önünə gül qoyub, qurbanları anıb.
Rusiya prezidenti Sankt-Peterburqda mühasirənin yarılmasının ildönümü ilə bağlı bir sıra tədbirlərə də qatılacaq.