Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan avstriyalı həmkarı Aleksander Şallenberqlə görüş keçirib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş Mirzoyanın Vyanaya səfəri çərçivəsində baş tutub.
Bildirilib ki, tərəflər iki ölkə arasında əməkdaşlıq perspektivlərini, regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Həmçinin Aİ-nin Ermənistana göndərəcəyi müşahidə missiyası barədə fikir mübadiləsi aparılıb.