Modern.az

Rusiya Ukrayna ilə danışıqlara hazırdır, Zelenski ilə yox - LAVROV

Rusiya Ukrayna ilə danışıqlara hazırdır, Zelenski ilə yox - LAVROV

18 Yanvar 2023, 12:44

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə mümkün danışıqlar məsələsinə toxunub.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, nazir bu barədə keçirdiyi 2022-ci ilin xarici siyasət yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.

 

"Rusiya Ukrayna ilə bağlı danışıqlara dair Qərbin istənilən ciddi təklifini nəzərdən keçirməyə hazırdır, lakin indiyədək heç bir təklif yoxdur", -  deyə Sergey Lavrov bildirib.

 

XİN rəhbəri indiki hakimiyyətlə danışıqların mümkün olmadığını qeyd edib.

 

"Zelenski ilə danışıqlardan söhbət gedə bilməz", - nazir əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?