Modern.az

Lavrov Gürcüstanla münasibətlərdən danışdı - \"Ümid edirəm ki...\"

Lavrov Gürcüstanla münasibətlərdən danışdı - \

18 Yanvar 2023, 13:24

Rusiya XİN başçısı Sergey Lavrov ölkəsinin Gürcüstanla münasibətləri barədə məlumat verib.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, nazir bu barədə keçirdiyi 2022-ci ilin xarici siyasət yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.

 

"Ümid edirəm ki, Gürcüstanla birbaşa hava əlaqəmiz tezliklə bərpa olunacaq. İki ölkənin əhalisi arasında kontaktlar aktiv şəkildə artır. Gürcüstan ÜDM-indəki 10 faizlik artım Rusiya ilə turizm və ticarət əlaqələrinə görə yaranıb", - deyə Lavrov bildirib.

 

Qeyd edək ki, 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hücumundan sonra ölkələr arasındakı münasibət pisləşmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?