Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ukraynanın Kiyev vilayətindəki vertolyot qəzası və nəticədə uşaq bağçasındakı yanğınla bağlı başsağlığı verib.
Modern.az xəbər verir ki, Mişel bu barədə tviter səhifəsində yazıb.
"Faciəvi helikopter qəzasının ardından Ukraynanın kədərinə ortağıq. Nazir Denis Monastırski Avropanın möhtəşəm dostu idi. Qurbanların ailələrinə, prezident Zelenski və baş nazir Şmıqala, Ukrayna xalqına ən dərin başsağlığı mesajımızı çatdırırıq", - deyə Aİ Şurasının prezidenti yazıb.
Qeyd edək ki, son məlumata əsasən, hadisə nəticəsində Ukraynanın daxili işlər naziri, onun müavini və ölkənin dövlət katibi də daxil olmaqla, 19 nəfər ölüb, daha 29 nəfər isə yaralanıb.