Modern.az

Ermənistan prezidenti Estoniya XİN başçısı ilə görüşdü

Ermənistan prezidenti Estoniya XİN başçısı ilə görüşdü

Dünya

18 Yanvar 2023, 14:00

Ermənistan prezidenti Vahaqn Xaçaturyan Estoniyanın xarici işlər naziri Urmas Reynsalla görüşüb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş Xaçaturyanın Estoniyaya səfəri çərçivəsində baş tutub.

 

Estoniyalı nazir regionda dayanıqlı sülhün təmin olunmasında maraqlı olduqlarını, həmçinin Aİ missiyasının Ermənistana yerləşdirilməsini dəstəklədiklərini söyləyib.

 

Reynsalın sözlərinə görə, Estoniya problemin sülh yolu ilə həll olunması üçün hər cür səy göstərməyə hazırdır.

 

Estoniya XİN başçısı Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşma prosesini alqışladığını Xaçaturyanın diqqətinə çatdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?