Modern.az

İrandakı zəlzələdə 120 nəfər yaralanıb - YENİLƏNİB

İrandakı zəlzələdə 120 nəfər yaralanıb - YENİLƏNİB

18 Yanvar 2023, 16:33

Çərşənbə günü günorta saatlarında İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində Rixter cədvəli üzrə 5,4 bal gücündə zəlzələ baş verib.

Modern.az İranın “Mehr” Agentliyinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, zəlzələ yerin 12 km dərinliyində baş verib. Onun qonşu Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbrizdə və vilayətin bütün ətraf şəhərlərində hiss olunduğu bildirilir.

İranın Qızıl Aypara Cəmiyyəti zəlzələnin baş verdiyi ərazilərə axtarış-xilasetmə qrupları göndərdiyini, eyni zamanda zəlzələnin episentrinə yaxın olan bəzi kəndlərdə binalara dağıntılar olduğunu bildirib.

Gün ərzində 7 yeraltı təkan qeydə alınıb.

Son məlumatlara görə, Xoy əyalətinin 15-ə yaxın kəndində insanların evlərinə ziyan dəyib.

Xoy əyalətinin Böhran İdarəetmə rəsmisi Salem Xoeiy “Mehr”ə bildirib ki, zəlzələ nəticəsində tələfat yoxdur.

Son məlumatlarda zəlzələ nəticəsində 120-dən çox insanın xəsarət aldığı bildirilir.
 

***

İranda güclü zəlzələ olub.

Modern.az xəbər verir ki, İran rəsmilərinin məlumatına görə, günorta saatlarında baş verən zəlzələ 5,6 bal gücündə qeydə alınıb.
 

Zəlzələnin episentri Salmast şəhərindən 20 km şimal-şərqdə yerləşib.  Dağıntı və təlafat barədə hələ ki məlumat açıqlanmayıb.


Zəlzələ Ermənistanda, Azərbaycanda və Türkiyədə də hiss olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?