Modern.az

Rusiya ABŞ-ın arxasınca qaçmayacaq - Lavrov

Rusiya ABŞ-ın arxasınca qaçmayacaq - Lavrov

18 Yanvar 2023, 14:58

Rusiya XİN başçısı ölkəsinin ABŞ-la münasibətlərindən söz açıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, nazir bu barədə keçirdiyi 2022-ci ilin xarici siyasət yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.

 

"Bizimlə Qərb arasında köhnə münasibətlər artıq mövcud olmayacaq. Rusiya Federasiyası "dost olaq" təklifləri ilə ABŞ-ın arxasınca qaçmayacaq. Narışkinlə Börns arasındakı görüş də Baydenin Putinə müraciəti əsasında baş tutub. Rusiya ABŞ-ın istənilən ciddi təklifinə ciddi cavab verəcək, bu, Vaşinqtondan asılıdır", - deyə Lavrov bəyan edib.

 

O, Rusiyanın Çinlə münasibətlərindən də danışıb: "ABŞ Rusiya və Çini cilovlamaq üçün kifayət qədər qüvvəyə malik deyil. Rusiya ilə Çin arasında milli valyutalarla ticarətin payı dövriyyənin təxminən yarısına çatıb və artacaq".

 

Nazir Türkiyə-Suriya normallaşması mövzusuna da toxunub. O bildirib ki, Moskva prosesi dəstəkləyir və Türkiyə vasitəçilik üçün Rusiyadan kömək istəyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?