Modern.az

Akar isveçli həmkarının Türkiyəyə səfərindən danışdı

Akar isveçli həmkarının Türkiyəyə səfərindən danışdı

Dünya

18 Yanvar 2023, 16:12

Türkiyənin milli müdafiə naziri Hulusi Akar isveçli həmkarı Pal Consonun Ankaraya səfər edəcəyi barədə məlumat verib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, nazir parlamentdə jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb.

 

"Belə bir səfər planlaşdırılıb. Prosesi izləyirik, hadisələrin gedişinə uyğun olaraq səfər müəyyənləşdiriləcək", - deyə Akar bildirib.

 

Onun sözlərinə görə, Türkiyə NATO-nun "açıq qapı siyasəti"ni dəstəkləyir, lakin İsveç və Finlandiya Madrid memorandumundan irəli gələn öhdəliklərini yerinə yetirməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?