Hollivud Xarici Mətbuat Assosiasiyası Qızıl Qlobus Mükafatı mərasimi keçirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, mərasimdə iştirak edən bir çox məşhur COVİD-19-a yoluxub.
Koronavirusa yoluxan məşhurlar arasında Colin Farrell, Brendan Gleeson, Jamie Lee Curtis, Mişel Pfayfer də var.
Mütəxəssislər bildiriblər ki, bu, təsadüfi deyil.
Boston Uşaq Xəstəxanasının epidemioloqu Dr. Con Brovnstein çox sayda virusun dövriyyədə olduğuna diqqət çəkərək, qapalı yerlərdə yoluxmanın qaçılmaz olduğunu vurğulayıb.