Modern.az

Abdullahian Türkiyə səfərinin detallarını açıqladı

Abdullahian Türkiyə səfərinin detallarını açıqladı

Dünya

18 Yanvar 2023, 16:52

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyəyə səfəri zamanı əldə olunan razılaşmalar barədə məlumat verib.

 

Modern.az xəbər verir ki, nazir bu barədə tviter səhifəsində yazıb.

 

"Prezident Ərdoğan və XİN başçısı Çavuşoğlu ilə görüşdük. İki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrində əməkdaşlığın genişləndirilməsi faydalı oldu. İranda ticarət həcminin, yatırımların, hərtərəfli regional və beynəlxalq əməkdaşlığın artırılmasının qarşısını alan əngəllərin aradan qaldırılması ilə bağlı razılaşdıq", - deyə Abdullahian qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?