Modern.az

Ararat Mirzoyan Türkiyəyə gedir - "Razılaşma uzaqda deyil"

Ararat Mirzoyan Türkiyəyə gedir -

Dünya

18 Yanvar 2023, 17:00

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfər edəcək.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, nazir bu barədə parlamentdəki çıxışı zamanı məlumat verib.

 

O, səfər çərçivəsində Antalya Forumunda iştirak edəcək.

 

"Ötən il olduğu kimi, Ankaradan dəvətini almışam və qəbul edərək Türkiyəyə gedəcəyəm. Forum çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də mümkündür", - Mirzoyan deyib.

 

Nazir qeyd edib ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin münasibətlərin normallaşması ilə bağlı yaxın gələcəkdə yeni görüşü planlaşdırılmır, lakin ekspert dairələri fəal şəkildə işləyir.

 

"Ölkələr arasında hava yüklərinin daşınmasına qoyulan qadağa artıq aradan qaldırılıb. Digər məsələlərlə bağlı razılaşmalar uzaqda deyil", - XİN başçısı əlavə edib.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?