Serbiya prezidenti Aleksandr Vuçiç Ukraynaya dəstəyini ifadə edib.
Modern.az xəbər verir ki, Vuçiç bu barədə "Bloomberg"ə müsahibəsi zamanı danışıb.
O, Ukraynanın işğal edilməsini dəstəkləmədiyini açıqlayıb: "Serbiya Krımı və Donbası Ukraynanın bir hissəsi kimi tanıyır".
"Bizim üçün Krım Ukraynadır, Donbass Ukraynadır. Belə də qalacaq", - deyə Serbiya prezidenti bildirib.
Lakin Vuçiç onu da əlavə edib ki, Rusiyaya qarşı sanksiya tətbiq edilməsinə qarşıdır.