Modern.az

Dünyanın ən dəyərli 20 BRENDİ

Dünyanın ən dəyərli 20 BRENDİ

Dünya

18 Yanvar 2023, 18:07

Beynəlxalq marka qiymətləndirmə təşkilatı Brand Finance dünyanın ən dəyərli 500 brendi ilə bağlı araşdırma aparıb. 

Modern.az xəbər verir ki, "Amazon" 299,3 milyard dollarlıq marka dəyəri ilə dünyanın 1-ci brendi olaraq müəyyən edilib. İkinci yerdə isə marka dəyəri  təqribən 297,5 milyard dollar olan “Apple” qərarlaşıb.

Qeyd edək ki, keçən il siyahının başında "Apple" olub.  "Amazon" isə həm  2021-ci  və 2022-ci illərdə ikinci yerdə qərarlaşıb.

Tədqiqatın nəticələrinə görə, siyahıdakı şirkətlərdən 201-i ABŞ, 71-i Çin, 32-si Yaponiya, 31-i Fransa, 25-i Britaniya, 24-ü Almaniyanı təmsil edir.
 

Dünyanın ən məşhur 20 markasını sizə təqdim edirik:
 

20. WECHAT

19. TOYOTA

18. STARBUCKS

17. AGRICULTURAL BANK

16. MERCEDES-BENZ

15. STATE GRID

14. FACEBOOK

13. HOME DEPOT

12. CHINA CONSTRUCTION BANK

11. DEUTSCHE TELEKOM

10. TIKTOK

9. TESLA

8. VERIZON

7. ICBC

6. SAMSUNG

5. WALMART

4. MICROSOFT

3. GOOGLE

2. APPLE

1. AMAZON

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?