Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsində Moskvanın qələbəsini "qaçılmaz" hesab edir.
Modern.az xəbər verir ki, bu barədə o, Sankt-Peterburqda hava hücumundan müdafiə sistemləri istehsal edən fabrikdə işçilər qarşısında çıxışı zamanı bildirib.
Putin Rusiyanın güclü hərbi-sənaye kompleksinin istehsalı artırdığını və Rusiyanın Ukraynada üstün olmasının əsas səbəblərindən birinin məhz bu sənaye olduğunu deyib.
O qeyd edib ki, Rusiyanın Ukraynada “xüsusi hərbi əməliyyatı”ı üçün tələbat artsa da, ümumi hərbi texnika istehsalı da artır.
Akif İsmayılov