Modern.az

Kanada Ukraynaya 200 zirehli maşın göndərəcək 

Kanada Ukraynaya 200 zirehli maşın göndərəcək 

Dünya

18 Yanvar 2023, 19:14

Kanadanın müdafiə naziri Anita Anand bu gün Kiyevə səfər edib.

 

Modern.az xəbər verir ki, o, Kiyevdə ukraynalı həmkarı Oleksey Reznikovla görüşüb.

 

Görüş zamanı Ukraynaya hərbi yardım müzakirə olunub. Görüş zamanı Kanadanın 2022-ci ilin fevralından bəri Ukraynaya 1 milyard dollardan çox hərbi yardım göstərdiyi bildirilib.

 

Anand qeyd edib ki, Kanada Ukraynaya 200 "Senator" tipli zirehli personal daşıyıcıları təhvil verəcək. Yeni hərbi yardımın dəyərinin 90 milyon dollardan çox olduğu qeyd edilib.

 

"Senator" yüksək manevr qabiliyyətinə malik zirehli personal daşıyıcılarıdır. Bu maşınların şəxsi heyətin və avadanlıqların təhlükəsiz daşınması, həmçinin tibbi evakuasiya üçün istifadə olunur.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?