Serbiya prezidenti Aleksandar Vuçiç ölkəsinin Krımla bağlı mövqeyindən danışıb.
Modern.az xəbər verir ki, o, "Bloomberg" nəşrinə müsahibəsində Serbiyanın Krım və Donbası Ukrayna ərazisi kimi tanıdığını bildirib.
Qərbin tətbiq etdiyi sanksiyalara qoşulmaqdan imtina edən Serbiya lideri bildirib ki, Donbas Ukraynadır və belə də qalacaq.
Ukrayna münaqişəsi məsələsində Aleksandr Vuçiç qeyd edib ki, ən pisi hələ qarşıdadır. O, bir neçə aydır Vladimir Putinlə danışmadığını əlavə edib.
Akif İsmayılov