Modern.az

ABŞ hələlik Ukraynaya tank verməyəcək 

ABŞ hələlik Ukraynaya tank verməyəcək 

Dünya

19 Yanvar 2023, 00:27

ABŞ Ukrayna üçün yeni hərbi yardım paketi hazırlayır.

 

Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, yeni paketə ABŞ istehsalı "Abrams" tankları daxil edilməyəcək. Rəsmi Vaşinqton bu tankların ağır çəkisinə və mürəkkəb olmasına görə Ukraynaya vermək istəmir.

 

Yeni hərbi yardım paketinə "Stryker" zirehli maşınları, əlavə artilleriya sistemləri, sursatlar daxil ediləcək.

 

 Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?