Əfqanıstanda soyuq hava nəticəsində azı 70 nəfər ölüb.
Modern.az AFP-yə istinadən xəbər verir ki, paytaxt Kabil daxil olmaqla bir sıra vilayətlərdə kəskin soyuqlar qeydə alınıb.
Mərkəzi Qor bölgəsində isə həftə sonu -33C soyuq olub. Əfqanıstan meteorologiya departamenti qeyd edib ki, bu qış son illərin ən soyuq qışıdır.
Təbii Fəlakətlərin İdarə Edilməsi Nazirliyi son səkkiz gündə 70 nəfərin və 70 min mal-qaranın öldüyünü bildirib.
Akif İsmayılov