Modern.az

Çavuşoğlu Blinkenlə Qafqazdakı vəziyyəti müzakirə etdi - YENİLƏNİB 

Çavuşoğlu Blinkenlə Qafqazdakı vəziyyəti müzakirə etdi - YENİLƏNİB 

Dünya

19 Yanvar 2023, 01:00

Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdə Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşma prosesini müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Çavuşoğlu görüşdən sonra bildirib.

 

“Qafqazdakı proseslər, Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi apardıq”, - o deyib.

 

***

00:15

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və amerikalı həmkarı Entoni Blinken Vaşinqtonda keçiriləcək görüşdən əvvəl mətbuata açıqlamalar veriblər.

 

Modern.az xəbər verir ki, diplomatlar görüş zamanı müzakirə ediləcək mövzuları açıqlayıblar.

 

Çavuşoğlu görüşdə ikitərəfli əlaqələri, regional məsələləri və iqtisadi əməkdaşlığı müzakirə edəcəklərini bildirib. Tərəflər F-16 qırıcılarının Türkiyəyə satışına da toxunacaqlar.

 

Nazir qeyd edib ki, Ankaranın F-16 tələbi təkcə Türkiyə üçün deyil, həm də NATO və ABŞ-ın təhlükəsizliyidir. baxımından əhəmiyyətlidi

 

Çavuşoğlu deyib ki, görüşdə terrorla mübarizə, xüsusilə PKK terror təşkilatı, Suriya, Şərqi Aralıq dənizi, Yaxın Şərq və Qafqazda baş verən proseslər də müzakirə olunacaq.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?