Modern.az

İsraildən Lavrovun Hitlerlə bağlı çıxışına ETİRAZ

İsraildən Lavrovun Hitlerlə bağlı çıxışına ETİRAZ

Dünya

19 Yanvar 2023, 09:48

İsrail Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ siyasətini Hitler siyasəti ilə eyniləşdirməsinə reaksiya verib.

 

Modern.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi bununla bağlı rəsmi açıqlama yayıb.

 

"Holokost bənzərsiz bir hadisə və bəşəriyyət tarixinin ən qaranlıq dövrüdür. Mövcud hadisələr Hitlerin yəhudiləri məhv etmək üçün hazırladığı “Son həll” planı ilə müqayisə edilməməlidir. Belə müqayisə qəbuledilməzdir",- açıqlamada deyilir.

 

Daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Adolf Hitler avropalı yəhudiləri məhv etmək üçün yekun həll yolu axtardığı kimi, Vaşinqton da Avropa problemini həll etmək üçün Avropa ölkələrindən ibarət koalisiya yaradıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?